Yəmən hökuməti çağırış edib
Yəmən hökuməti ölkə əhalisini husilərin səfərbərlik çağırışlarına məhəl qoymamağa və onların sıralarına qoşulmamağa çağırıb.
ERAmedia xəbər verir ki, bu barədə “The National” qəzeti Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimiyə istinadla məlumat yayıb.
O, husilərin nəzarətində olan ərazilərin sakinlərini övladlarını “məğlub olacaqları döyüşlərə” göndərməməyə çağırıb.
Yəmənin Baş naziri Şiə Möhsün əl-Zindani isə Xarici İşlər Nazirliyinə “Yəmən Şəfəqi” əməliyyatının məqsədlərini beynəlxalq ictimaiyyətə çatdırmaq və beynəlxalq dəstəyi artırmaq üçün diplomatik səyləri gücləndirməyi tapşırıb.
Bu arada, husilərin sözçüsü Yəhya Sari hökumət qüvvələrinin Bab əl-Məndəb boğazı yaxınlığında irəliləmək cəhdlərinin qarşısının alındığını bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti Qırmızı dəniz sahillərində və Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı əks-hücuma başlayıb.









