media-230425-45-mesud-pezeskian

İran Prezidenti Məsud Pezeşkian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə ABŞ-la aparıla biləcək danışıqlara dair sərt mesajlar verib.

ERAmedia xəbər verir ki, Pezeşkian davamlı olaraq sanksiyalar tətbiq edən, sui-qəsdlər təşkil edən və əldə olunmuş razılaşmaları pozan ABŞ-la danışıqlar aparmağı mənasız hesab etdiyini bildirib.

İranın Prezident Adminstrasiyasından verilən yazılı açıqlamaya görə, Məsud Pezeşkianla Ararat Mirzoyan arasında görüş paytaxt Tehran şəhərində keçirilib.

“ABŞ-la problemimiz ondan ibarətdir ki, hər dəfə masa arxasına əyləşəndə bizə müharibə diktə olunur”, Pezeşkian deyib.

İran prezidenti Vaşinqton administrasiyasının üç dəfə danışıqlar zamanı ölkəsinə hücum etdiyini qeyd edib. Onun sözlərinə görə, bu, ABŞ-ın dialoq axtarışında olmadığını, əksinə, İranı məhv etmək niyyətində olduğunu göstərir.

Pezeşkian bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən ən çox yoxlanılan ölkədir. Buna baxmayaraq, ABŞ-ın “əsassız iddialarla” İrana təzyiq göstərdiyini vurğulayıb.

İran prezidenti ABŞ-ın Minabdakı məktəbə hücum və nəticədə həlak olan 168 uşağın ölümü ilə bağlı məsuliyyət daşımadığını, buna baxmayaraq Vaşinqtonun insan hüquqlarından danışdığını deyib.

“Daim sui-qəsdlər təşkil edən, sanksiyalar tətbiq edən, təzyiq göstərən və razılaşmaları pozan düşmənlə (ABŞ) danışıqlar aparmaq mənasızdır və xalqımız bunu qəbul etmir”, – deyə Pezeşkian bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər