media-whatsapp-image-2026-10-07-at-12-56-15

Avropada baş verdiyi iddia olunan hadisə sosial mediada yumor mövzusuna çevrilib.

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında hadisəni ironik şəkildə təqdim edərək bildirib ki, restoranda yeyib-içdikdən sonra küçəyə çıxan sərxoş kişi “müsəlman xanımlarla” debat aparmağa çalışıb.

Şahidlərin sözlərinə görə, kişi sərhəd təhlükəsizliyi, mədəni inteqrasiya və əmək bazarında rəqabət barədə uzun monoloq söyləyib. O, ətrafda dayanan şəxslərə müraciətlə “Siz bura gəlirsiniz, işlərimizi əlimizdən alırsınız və hətta dili də öyrənmirsiniz!” deyərək qışqırıb, bir tərəfdən digər tərəfə gedərək əl-qol hərəkətləri edib.

Zaur Əliyevin sözlərinə görə, qarşı tərəfdən heç bir cavab gəlmədikcə kişi öz arqumentlərinin daha da əsaslı olduğuna inanmağa başlayıb. O, susmağı razılıq kimi qəbul edərək ətrafdakılara “Görürsünüz? Hətta onlar da bunun problem olduğunu bilirlər!” deyib.

Hadisənin ən ironik məqamı isə təxminən 30 dəqiqə davam edən “debatdan” sonra ortaya çıxıb. Restoran əməkdaşları küçəyə çıxaraq sərxoş kişiyə yaxınlaşıb və onun kimlərlə danışdığını izah ediblər.

Məlum olub ki, kişinin “müsəlman xanımlar” hesab etdiyi obyektlər ümumiyyətlə insanlar deyil, restoranın terrası üçün nəzərdə tutulan çətirlər imiş.

Zaur Əliyev qeyd edib ki, hadisə həm stereotiplərin, həm də insanın əvvəlcədən formalaşdırdığı fikirlərin reallıqla əlaqəsini itirdikdə hansı absurd vəziyyətlərin yarana biləcəyini göstərən ironik nümunə kimi təqdim olunur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər