media-1791402433_6ac69d16037246ac69d160372517914012386ac69d16037226ac69d1603723

Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

ERAmedia xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, Abxa və Kral Xalid adına hava limanları son iki gündə zərbələrə məruz qalıb.

“Abxa Beynəlxalq Hava Limanında hücum nəticəsində iki qadın – Mərakeş və Əlcəzair vətəndaşları həlak olub, 28 nəfər yaralanıb. Ər-Riyaddakı Kral Xalid adına Hava Limanına endirilən zərbə zamanı bir Sudan vətəndaşı ölüb, səkkiz nəfər xəsarət alıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, xəsarət alanlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş, Filippin, Pakistan və Misir vətəndaşları var. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Obyektlərdə maddi ziyanın qiymətləndirilməsi aparılır, sərnişinlərin və personalın təhlükəsizliyinin təmini üçün tədbirlər görülür.


media-adspc

Bənzər xəbərlər