ABŞ İrana məxsus 5 neft tankeri məhv edib - VİDEO
ABŞ İrana məxsus beş neft tankerini məhv edib.
ERAmedia xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“CENTCOM qüvvələri sentyabrın 8-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə ballistik raketlərlə iki dəfə hücum etməsindən sonra İrana məxsus beş neft tankerini məhv edib, – deyə bildirilib.
CENTCOM-un məlumatına görə, Oman körfəzində yerləşən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, eləcə də Xark adası yaxınlığındakı “Derya” gəmisi zərbələrə məruz qalıb.










