Ağ Evin mətbuat katibinin istefası təsdiqləndi
ABŞ Prezidenti Donald Tramp Keti Zakariyanın Ağ Evin mətbuat katibi vəzifəsindən istefasını təsdiqləyib.
ERAmedia xarici mediaya istinadla xəbər verir ki, Tramp yeni mətbuat katibinin təyin edilməsi üçün tələsmədiyini bildirib.
Məlumata görə, Zakariya bu vəzifədə qısa müddət çalışıb. O, 2017-ci ildə cəmi 10 gün Ağ Evin kommunikasiya direktoru vəzifəsində olmuş Entoni Skaramuççinin rekordunu geridə qoyub.
Tramp onun təyinatını oktyabrın 9-da elan etmişdi.










