media-whatsapp-image-2026-08-28-at-11-47-46

Türkiyəli aktrisa Pelin Akil sosial media hesabında paylaşdığı maraqlı video ilə gündəmə gəlib.

ERAmedia xəbər verir ki, bədəninə yerləşdirdiyi metal qaşıqların düşmədən qaldığını görən məşhur aktrisa yaşadığı böyük təəccübü izləyiciləri ilə bölüşüb.

Çəkdiyi videoda metal qaşıqların bədənində sanki yapışıb qaldığını göstərən Akil bu vəziyyətə heç bir məna verə bilmədiyini bildirib. Yaşadığı təəccübü gizlədə bilməyən aktrisa hadisənin necə baş verdiyi ilə bağlı izləyicilərindən açıqlama və şərh gözlədiyini deyib.

Qaşıqların bədənində tutunduğu anları izləyicilərinə nümayiş etdirən aktrisa vəziyyəti belə ifadə edib:

“Dünyanın maqnetizmi pozulub, nəsə olub. Hazırda hamıda belə olurmuş. Mən də yoxladım. Həqiqətən yapışır. Ağlımı itirəcəyəm. Xahiş edirəm, bunun mənə bir izahını verin ki, bu gün rahat yata bilim. Yaxşı? Yəni bu, necə mümkün ola bilər?”

Başına gələn hadisənin elmi və ya məntiqli izahının olub-olmadığını maraq edən Akil izləyicilərindən kömək istəyib. Məşhur aktrisa “Yəni, mən şişirdirəm? Bu, hamıda olur, onsuz da normalda baş verən bir şeydir, “Pelin, belədir” deyə bilərsinizmi?” sözləri ilə hadisənin səbəbini öyrənməyə çalışıb.

media-whatsapp-image-2026-08-28-at-11-47-59

Vüsalə


media-adspc

Bənzər xəbərlər