media-celebrating-media

Alınma sözlər istənilən dil kimi Azərbaycan dilinə də həm zənginlik gətirir, həm də özündə müəyyən linqvistik təhlükə ehtiva edir. Dilimizin söz ehtiyatını qorumaq şərti ilə yalnız zəruri alınma sözləri qəbul etmək lazımdır. Alınma sözlərin gərəksiz işlədilməsi milli söz ehtiyatımızı geri plana keçirərək dilin təbii leksikasının istifadəsini azalda bilər. Müəyyən alınma sözlərin ümumişlək söz səviyyəsində istifadəsi isə anlaşılmazlıq yaradaraq kommunikasiya problemlərinə səbəb ola bilər.

media-605544993_122154543338741436_793566522310124382_n

Bu barədə ERAmedia – ya danışan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova bildirib ki, bu məqam xüsusilə media çıxışları, yazıları üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, mediaya müsahibə verən, yaxud müəyyən problem barədə çıxış edən mütəxəssislər spesifik, dar sahə terminlərindən çəkinməli, ümumişlək dilə yaxın, publisistik üslubla elmi üslubun qovuşuğunda dayanan nitq və yazı tərzi sərgiləməlidirlər.

Elnarə Qaragözova qeyd edib ki, “Audiovizual mediada alınma sözlərə özəl üstünlük verilməsi də diqqətçəkəndir. Bu məqam obyektiv və subyektiv səbəblərlə bağlıdır. Subyektiv olaraq bəzi aparıcılar və müsahiblər alınma sözlərdən istifadəni peşəkarlıq və prestijin nümayişi üçün alətə çevirirlər. Modern və aktual görünmək üçün alınma sözlərdən istifadə də bu qəbildəndir. Lakin bu məqam – alınma sözün işlədilməsi həmin ifadənin dildə mövcudluğu halında baş verirsə dinləyicidə kontentə maraq yaratsa da ana dilinin təbliğinə zərbə vurur”.

Bəzi texnoloji, iqtisadi və ya sosial terminləri Azərbaycan dilinə tam tərcümə etmək çətin olduğu üçün mətbuatda və audiovizual mediada bəzi alınma sözlərdən istifadə məqbuldur, lakin bu məqam kütləvi informasiya vasitələrinin mahiyyəti nəzərə alınaraq tətbiq edilməli, dinləyicinin verilən məlumatı anlaya bilməsi əsas meyar olmalıdır deyə aparıcı elmi işçisi əlavə edib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər