Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhə toxunub
ABŞ Prezidenti Donald Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb.
ERAmedia -nın məlumatına görə, o, Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidentinin Azərbaycan və Ermənistanla bağlı ona zəng etdiyini deyib: “Putin mənə dedi: Mən inana bilmirəm ki , siz 35 ilə yaxın davam edən münaqişəni həll etmisiniz”,-deyə Tramp vurğulayıb.









