media-njzofdffcfbtur9ttog5wq0whdxt4uib19k0pdsv

Türkiyədə kömür mədənində baş verən uçqun nəticəsində bir nəfər həlak olub, 20 işçi yaralanıb.

ERAmedia xəbər verir ki, hadisə avqustun 21-də yerli vaxtla saat 18.00 radələrində Ankara vilayətinin Beypazarı rayonunda qeydə alınıb.

Qəza yerinə çoxsaylı tibbi briqadalar və xilasedicilər göndərilib. Yaralılar Beypazarı Dövlət Xəstəxanasına aparılıb.

“Çayırhan” kömür mədənində yaşanan hadisənin səbəbləri araşdırılır.

 


media-adspc

Bənzər xəbərlər