AŞPA-ya yeni vitse-prezidenti seçilib
Ermənistan parlamentinin sədr müavini və ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan AŞPA-nın vitse-prezidenti seçilib.
ERAmedia xəbər verir ki, Rubinyan bu barədə Facebook səhifəsində yazıb.
“Mən Ermənistana ayrılan kvota çərçivəsində AŞPA-nın vitse-prezidenti seçildim”, – deyə o qeyd edib.










