media-1787920049300020012_1200x630

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avqustun 17-dən 21-dək Bakı şəhəri və regionlarda sahibkarlara göstərilən xidmətlərin sayı açıqlanıb.

ERAmedia-ya AYNA-dan bildirilib ki, qeyd olunan tarixlərdə Bakı şəhərində, Bakı “KOB evi”ndə ümumilikdə 500 sahibkara 3945 xidmət göstərilib.

Beynəlxalq yükdaşıma ilə bağlı 468 daşıyıcıya 2882 xidmət, o cümlədən “İcazə” blankı və taxoqraf kartının verilməsi üzrə xidmətlər göstərilib. Həmçinin taksi və avtobus fəaliyyəti üzrə 32 daşıyıcıya 1063 xidmət göstərilib.

Regionlarda isə ümumilikdə 111 sahibkara (daşıyıcıya) 744 xidmət göstərilib.


media-adspc

Bənzər xəbərlər