media-17881557833607740103_1200x630

Cənubi Koreyanın paytaxtı Seulda boccia üzrə dünya çempionatı başa çatıb.

Milli Paralimpiya Komitəsindən ERAmedia-ya verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan Sona Ağayeva bürünc medal qazanıb.

İdmançı dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyonq Çoi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıb.

Bu, boccia idman növündə Azərbaycan paralimpiya hərəkatında Avropa və dünya çempionatlarında qazanılmış ilk medal kimi tarixə düşüb.


media-adspc

Bənzər xəbərlər