media-176241140177286624_1200x630
media-bant_master

Prezident İlham Əliyevin oktyabrın 21 Qazaxıstanda bəyan etdiyi kimi Ermənistana tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlaması zamanı deyib.

“Qazaxıstandan Ermənistana göndərilən 1000 ton, 15 vaqon taxıl yükü Biləcəri stansiya çatıb. Qatar Biləcəri stansiyasından Gürcüstana oradan isə Ermənistana yola salınacaq. Gələcəkdə də Azərbaycandan tranzit keçməklə Ermənistana yükdaşımalar davam edəcək”, – deyə qurum rəsmisi əlavə edib.


media-adspc

Bənzər xəbərlər