media-baku_v_1920-e_gody-_bazar_na_chelyaevskoy_ulice-_viden_sobor_aleksandra_nevskogo-_na_meste_kotorogo_byla_postroena_shkola_n189

Azərbaycan tarixinin tam araşdırılmamış və mübahisəli məqamlarından biri də XX əsrin əvvəllərində Bakının neft sənayesi ətrafında baş verən hadisələrlə bağlıdır.

ERAmedia xəbər verir ki, məlumatlara görə, 1920-ci illərin əvvəllərində xarici qüvvələrlə əlaqəli müxtəlif qruplar Bakıya cəlb olunmuşdu. Onların arasında keçmiş ağqvardiyaçı zabitlər, erməni silahlı dəstələrinin üzvləri və gizli əksinqilabçı təşkilatların nümayəndələrinin olduğu bildirilir. Bu qrupların əsas məqsədi bölgədə sabitliyi pozmaq və strateji əhəmiyyət daşıyan neft sənayesinə zərbə vurmaq idi.

1922-ci ilin aprel ayında vəziyyət daha da gərginləşdi. Ramana, Suraxanı və Balaxanı neft mədənlərində eyni gün ərzində bir neçə güclü yanğın hadisəsi qeydə alındı. Aprelin 10-da baş verən bu yanğınlar məqsədli təxribat kimi qiymətləndirilir.

Balaxanı və Ramana ərazilərindəki yanğınlar fəhlə dəstələrinin səyi ilə çətin hava şəraitinə baxmayaraq qısa müddətdə nəzarətə götürüldü. Güclü xəzri küləyi alovun yayılmasını sürətləndirsə də, işçilərin operativ müdaxiləsi daha böyük fəlakətin qarşısını aldı.

Ən təhlükəli vəziyyət isə Suraxanıda qeydə alındı. Gündəlik böyük həcmdə neft hasil olunan sahədə baş verən yanğın geniş əraziyə yayılmaq təhlükəsi yaratdı. Mühəndislər F. Rüstəmbəyov, İ. S. Sorokin və Kusminskinin rəhbərliyi, həmçinin fəhlə briqadalarının birgə səyi nəticəsində yanğın yalnız aprelin 11-i səhər saatlarında tam söndürüldü.

Hadisələrdən sonra göstərilən qəhrəmanlıq və fədakarlıq yüksək qiymətləndirildi. 1922-ci ilin avqust ayında Bakı neftçiləri yanğınların qarşısının alınmasında göstərdikləri şücaətə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundular.

Tarixçilər bu hadisələri Bakının neft sənayesinə qarşı yönəlmiş planlı təxribatların nümunəsi kimi dəyərləndirir və qeyd edirlər ki, həmin dövrün bir çox məqamları hələ də tam şəkildə araşdırılmayıb.

Vural


media-adspc

Bənzər xəbərlər