media-brussels-fountain-heatwave

Belçikada müşahidələr tarixində ən isti yay qeydə alınıb.

ERAmedia xəbər verir ki, bu haqda Belçikanın Kral Meteorologiya İnstitutu (RMI) açıqlama yayıb.

RMI-nin açıqlamasında qeyd olunub ki, iyunun 16-dək hava temperaturu mövsümi normalardan aşağı olub, lakin həmin tarixdən sonra kəskin şəkildə yüksəlib.

Açıqlamada vurğulanıb ki, 1833-cü ildə müşahidələrin aparılmasına başlanılandan bəri ilk dəfə olaraq orta yay temperaturu Selsi şkalası ilə 20 dərəcəni keçib (bu, ən isti yay kimi qeydə alınıb)

Həmçinin xatırladılıb ki, əvvəlki rekord 2018-ci ildə orta hesabla 19,9 dərəcə ilə müəyyən edilmişdi.


media-adspc

Bənzər xəbərlər