BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək
Sentyabrın 10-da BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.
ERAmedia Təhlükəsizlik Şurasının saytındakı məlumata istinadla xəbər verir ki, iclasın keçirilməsi təşəbbüsü Yəmən məsələsi üzrə Təhlükəsizlik Şurasının məruzəçisi olan Böyük Britaniya və Bəhreyn tərəfindən irəli sürülüb. Buna səbəb husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi son hücumlardır.
İclasda BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqin çıxışı gözlənilir. Səudiyyə Ərəbistanı və Yəmənin isə Təhlükəsizlik Şurasının müvəqqəti prosedur qaydalarının 37-ci maddəsinə əsasən iclasda iştirak edəcəyi bildirilir.









