media-782511327_1421959113330859_4514032785008200621_n

media-780909964_1421959169997520_4784419474242833680_n

Bu gün Kəlbəcər rayonu, Susuzluq kəndində mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun doğum günüdür.

ERAmedia xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) kollektivi və Qubadlı rayon ictimaiyyəti tərəfindən şəhid jurnalistin məzarı uyuduğu Sumqayıt Şəhidlər Xiyabanında ziyarət olunub.

1989-cu il avqustun 29-u tarixində Qubadlı rayonunun Dondarlı kəndində dünyaya gələn Sirac Abışov 4 iyun 2021-ci ildə xidməti vəzifəsini icra edərkən, Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. O, 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə çalışan Abışov Sirac Abış oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!


media-adspc

Bənzər xəbərlər