media-komputer-muhendisliyi-nedir-63042

Macarıstanda onlayn alış-veriş bazarında tarixi dönüş nöqtəsi yaşanır. məlumatlara görə, ölkə vətəndaşları ilk dəfə olaraq xarici internet mağazalarında yerli onlayn satış platformalarından daha çox pul xərcləyiblər.

ERAmedia xəbər verir ki, 2025-ci ilin ikinci rübündə xarici e-ticarət saytlarında aparılan ödənişlərin ümumi həcmi daxili onlayn mağazaların dövriyyəsini geridə qoyub.

Mütəxəssislər bu tendensiyanın əsas səbəbi kimi “Temu” kimi beynəlxalq platformaların sürətli yüksəlişini göstərirlər.

Statistikaya əsasən, xarici saytlarda alış-veriş əməliyyatlarının sayı 1 il ərzində təxminən 30 faiz artıb. Hazırda internet üzərindən xərclənən hər 100 forintin 52 forinti xarici şirkətlərə gedir.

Yerli onlayn mağazalar fəaliyyətlərini genişləndirsə də, daha aşağı qiymətlər təklif edən qlobal platformalarla rəqabət aparmaqda çətinlik çəkir.


media-adspc

Bənzər xəbərlər