Çin eyni raketlə orbitə 7 peyk göndərdi
Çin “Uzun yürüş-6C” daşıyıcı raketi ilə orbitə 7 peyk göndərib.
ERAmedia xəbər verir ki, raket Pekin vaxtı ilə saat 11:21-də (Bakı vaxtı ilə 07:21) Şensi əyalətindəki Tayyuan buraxılış məntəqəsindən buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb.
Peyklərdən üçü “GalaxySpace” özəl şirkətinin istehsalıdır. Onlar arasında şirkətin ilk dəfə xarici sifarişçi üçün hazırladığı “Lingzhi-09 Thai CubeSat” peyki də var. Bu, həmçinin şirkətin Tailand üçün peykin hazırlanması, buraxılışı və orbitə çatdırılmasını əhatə edən ilk tam xidmət paketi təqdim etməsidir.
Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 665-ci raket buraxılışı olub.









