Çində torpaq sürüşməsi baş verib
Çinin cənub-şərqində torpaq sürüşməsi baş verib. Nəticədə iki nəfər həlak olub. Tələfat sayının artacağı istisna edilmir.
ERAmedia xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə 10 nəfər hələ də itkin düşmüş hesab olunur.
Bölgəyə əvvəllər uzun müddət davam edən leysan yağışları ilə müşayiət olunan Saudel tayfunu da zərbə vurmuşdu.









