media-a81ff820-18ff-3cd6-9d78-9786a9aa4370_825
media-bant_master

Cari ildə “Çıraq” platformasında ümumi hasilat təqribən gündə orta hesabla 21 min barel təşkil edib.

ERAmedia-ya Energetika Nazirliyindən bildirilib ki, bu yataqlar blokundan istismara verildiyi tarixdən cari il noyabrın 1-dək 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz hasil edilib.

Xatırladaq ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan “Çıraq” platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür. “Çıraq”, “Azəri-Çıraq-Günəşli”dən ilk neft hasil edən platformadır.


media-adspc

Bənzər xəbərlər