media-1788183762759826461_1200x630

Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnir başa çatıb.

Cüdo Federasiyasından ERAmedia-ya bildirilib ki, böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

U-16 yaş kateqoriyasında Aqil Nağıyev (55 kiloqram), Hüseyn Şıxəliyev (66 kiloqram) və Məhəmmədəli Mehdi (81 kiloqram) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə etmişdi. Əli Abdullayev (60 kiloqram), Hüseyn Şıxəliyev (66 kiloqram) və Ömər Atayev (81 kiloqram) qızıl, Dünyamalı Asdanlı (66 kiloqram) və Ruslan Kazımov (+90 kiloqram) gümüş, Rəvan Məmmədli (55 kiloqram) və Əli Cəfərov (66 kiloqram) isə bürünc medala layiq görülmüşdülər.

Beləliklə, Azərbaycan cüdoçuları beynəlxalq turniri 7 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar. Millimiz bu nəticə ilə yarışın ümumi komanda hesabında birinci yeri tutub.

media-1788183762759826461_1200x630


media-adspc

Bənzər xəbərlər