Divi kim öldürəcəkdi..?
Ermənistanda baş tutan 7 İyun seçkilərinə qəti qiymət verməyin müxalifət mövqeyini bildirəndən sonra mümkün olacaq.
ERAmedia xəbərə verir ki, bunu yerli mətbuata müsahibəsində Ermənistan parlamentindəki “Vətəndaş Müqaviləsi” partiyasından qovulan keçmiş deputat Hovik Ağazaryan bildirib.
2024-cü ildə 300 min dollarlıq korrupsiya qalmaqalına görə gündəmə gələn, ovaxtkı İstintaq Komitəsinin rəhbəri Arqişti Karamyanla parlamentdə az qala, əlbəyaxa davaya qalxan Ağazaryana görə, seçkilər “total təzyiq, ədalətsizlik və qeyri-bərabərlik” şəraitində keçib.
Müxalifətin seçkilərə “vahid cəbhədə” getməməsini niyə qəbul etmədiyi və birləşmədiyi barədə suala cavab verərkən Ağazaryan onu “milli xüsusiyyətlə” əlaqələndrib: “Bu, bizim mentalitetimizin xüsusiyyətidir. Bunu hamı başa düşür, lakin nəticə çıxarmır. Çoxları “divi öldürən” şəxs hekayənin baş qəhrəmanı olmaq istəyirdi ki, şöhrət məhz onlara çatsın, lakin “divi öldürmək” mümkün olmadı.
Hətta kimsə buna nail olsaydı belə, sonradan özü yeni bir “divə” çevriləcəkdi. Əgər vahid cəbhə yaradılsaydı, belə olmazdı”.
Ural Dəyirmançı










