...əməkdaşlığa isə ən yaxın dost kimi başlayın - ANALİZ
Konsaltinq və investisiya müzakirələrində müştərilərimə hər zaman eyni tövsiyəni verirəm:
“Müqaviləni ən qatı düşmən kimi bağlayın, əməkdaşlığa isə ən yaxın dost kimi başlayın.”
Bu paradoks kimi səslənə bilər. Amma peşəkar biznes məhz bu paradoks üzərində qurulur.
Zəif müqavilə etibarı gücləndirmir. Əksinə, gələcək anlaşılmazlıqlar üçün zəmin yaradır.
Güclü müqavilə isə etimadsızlığın deyil, qarşılıqlı hörmətin göstəricisidir. Çünki o, insanların niyyətini deyil, riskləri idarə edir.
Çox təəssüflə bildirmək istəyirəm ki, azərbaycanda şirkət mübahisələrinin çoxu nəticəsiz qalır, başında şablon olan işlər əsas və həll edici müstəvilərdə elə şablon həll təklif edir!
Harvard Business Review-da dərc olunan araşdırmalar və minlərlə şirkəti əhatə edən elmi tədqiqatlar göstərir ki, yüksək performanslı tərəfdaşlıqlarda etibar və güclü müqavilə bir-birini əvəz etmir, əksinə bir-birini tamamlayır.
Dostluq münasibəti biznesi böyüdür.
Müqavilə isə o dostluğu qoruyur.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









