Şirkətlərdə deyingənlik həmişə problem deyil - TƏHLİL
Şirkətlərdə deyingənlik həmişə problem deyil. Bəzən bu, inkişafın ilk siqnalıdır.
Heyyətlərdə adətən iki fərqli narazı qrup yaranır:
Şəxslər barədə danışanlar
Proseslər barədə danışanlar
Bu iki yanaşma arasında çox ciddi idarəetmə fərqi var.
Proseslərdən şikayət edən insanlar əslində əksər hallarda “giley edən” yox, sistemin içində ilişən nöqtələri göstərən şəxslərdir.
Onlar:
iş axınının sürətlənməsini,
əməyin azalmasını,
koordinasiyanın yaxşılaşmasını,
qərarların daha sadə verilməsini istəyirlər.
Lean Management və Operational Excellence araşdırmalarında göstərilir ki, əməkdaşlardan gələn proses optimallaşdırma təklifləri tətbiq edilən şirkətlərdə məhsuldarlıq orta hesabla 20–30% artır. Eyni zamanda Gallup-un iş mühiti araşdırmalarına görə, fikirlərinin dinlənildiyini hiss edən əməkdaşlarda şirkətə bağlılıq əhəmiyyətli dərəcədə yüksəlir.
Şəxslər üzərindən qurulan müzakirələr isə fərqli istiqamətə gedir.
Burada fokus problem yox, insan olur.
Nəticədə:
emosional qruplaşmalar yaranır,
etimad azalır,
daxili konfliktlər artır,
enerji həllə yox, qarşıdurmaya sərf olunur.
Güclü rəhbərlik problemi “kim etdi?” sualından “niyə sistem buna imkan verdi?” sualına keçirə biləndə başlayır.
Peşəkar idarəetmənin əsas məqsədi:
şəxsləri müzakirə edən kollektiv yox,
prosesləri inkişaf etdirən komanda qurmaqdır.
Çünki şəxslər barədə danışıq zamanla konflikt yaradır,
proseslər barədə danışıq isə optimallaşdırma.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









