...ən dəyərli kapital pul deyil, etimaddır - TƏHLİL
“Həkim naziri sağaldırsa, bu o demək deyil ki, özü nazir olmalıdır.”
Bu, sadəcə onun öz peşəsində peşəkar olduğunu göstərir.
Mənə də tez-tez belə sual verirlər: “Siz bizneslərə konsaltinq verirsiniz, bəs öz biznesiniz varmı? Heç bizneslə məşğul olmusunuz?”
Cavabım sadədir: Bəli. Mənim biznesim məhz konsaltinqdir.
Dünyada heç kim ürək cərrahından əvvəl ürəyini əməliyyat etməsini, pilotdan isə öz təyyarəsini istehsal etməsini gözləmir. Çünki peşəkarlıq, insanın öz sahəsində yaratdığı dəyərlə ölçülür.
Konsaltinqin məqsədi sahibkarın yerinə biznes idarə etmək deyil. Məqsəd, onun görə bilmədiyi riskləri göstərmək, qərarların keyfiyyətini artırmaq, strategiyanı formalaşdırmaq və illərlə toplanmış təcrübəni sistemə çevirməkdir.
Ən yaxşı məsləhətçilər çox vaxt özlərini deyil, yüzlərlə şirkəti böyüdürlər. Necə ki, ən yaxşı müəllim bütün tələbələrindən daha məşhur olmaq məcburiyyətində deyil, ən yaxşı həkim də hər xəstəliyi özü yaşamır.
Əsl peşəkarlıq titulda və ya sərvətdə deyil, yaradılan faydada ölçülür.
Mənim üçün konsaltinq ilk növbədə gəlir mənbəyi deyil. Bu, yüksək peşə etikası, məsuliyyət və insanların daha düzgün qərarlar verməsinə kömək etmək missiyasıdır. Çünki ən dəyərli kapital pul deyil, etimaddır. Etimad isə yalnız davamlı fayda yaradanların qazandığı sərvətdir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant










