media-139d5b09-abcd-4437-a4a0-33d867dbd514
Əməkdaşlar şirkətləri təkcə maaşa görə tərk etmirlər. Çox vaxt onları tükəndirən inkişafsızlıqdır.
Bir iş yerində uzun müddət çalışan insanların qarşılaşdığı ən böyük risklərdən biri rutin və öyrənmənin dayanmasıdır. Hər təşkilatda vertikal karyera artımı məhduddur. Hər kəs rəhbər ola bilməz, əməkhaqqı da hər ay artmır. Lakin bu, inkişafın dayanması demək deyil.
Məhz burada insan resurslarının ən strateji rolu başlayır: horizontal inkişaf.
Daxili təlimlər, mentorluq proqramları, rotasiyalar, qısamüddətli inkişaf layihələri, “job shadowing”, departamentlərarası əməkdaşlıq və yeni bacarıqların qazanılması əməkdaşın “mən irəli gedirəm” hissini qoruyur. İnsan yalnız vəzifədə deyil, bilik və bacarıqda da yüksələ bilər.
Son dövrlərdə keçirdiyim təlimlərdə ən çox eşitdiyim cümlələrdən biri budur:
“Şəxsi inkişafıma artıq nəsə qata bilmirəm. İş yerində özüm üçün dəyər yarada bilmirəm. Bu mühit mənə yetərli gəlmir.”
Bu cümlələr əməkhaqqından çox təhlükəlidir. Çünki insan əvvəlcə emosional olaraq işdən ayrılır, yalnız sonra ərizəsini yazır.
Gallup araşdırmaları da göstərir ki, öyrənmə və inkişaf imkanları olan mühitlərdə əməkdaş bağlılığı və işdə qalma ehtimalı əhəmiyyətli dərəcədə yüksəlir.
Güclü təşkilatlar yalnız vəzifə vermirlər. Onlar insanlara hər il özlərinin daha yaxşı versiyasına çevrilmək imkanı yaradırlar. Çünki inkişaf dayananda, ən istedadlı əməkdaşların motivasiyası da dayanır. onları tükəndirən inkişafsızlıqdır.
Bir iş yerində uzun müddət çalışan insanların qarşılaşdığı ən böyük risklərdən biri rutin və öyrənmənin dayanmasıdır. Hər təşkilatda vertikal karyera artımı məhduddur. Hər kəs rəhbər ola bilməz, əməkhaqqı da hər ay artmır. Lakin bu, inkişafın dayanması demək deyil.
Məhz burada insan resurslarının ən strateji rolu başlayır: horizontal inkişaf.
Daxili təlimlər, mentorluq proqramları, rotasiyalar, qısamüddətli inkişaf layihələri, “job shadowing”, departamentlərarası əməkdaşlıq və yeni bacarıqların qazanılması əməkdaşın “mən irəli gedirəm” hissini qoruyur. İnsan yalnız vəzifədə deyil, bilik və bacarıqda da yüksələ bilər.
Son dövrlərdə keçirdiyim təlimlərdə ən çox eşitdiyim cümlələrdən biri budur:
“Şəxsi inkişafıma artıq nəsə qata bilmirəm. İş yerində özüm üçün dəyər yarada bilmirəm. Bu mühit mənə yetərli gəlmir.”
Bu cümlələr əməkhaqqından çox təhlükəlidir. Çünki insan əvvəlcə emosional olaraq işdən ayrılır, yalnız sonra ərizəsini yazır.
Gallup araşdırmaları da göstərir ki, öyrənmə və inkişaf imkanları olan mühitlərdə əməkdaş bağlılığı və işdə qalma ehtimalı əhəmiyyətli dərəcədə yüksəlir.
Güclü təşkilatlar yalnız vəzifə vermirlər. Onlar insanlara hər il özlərinin daha yaxşı versiyasına çevrilmək imkanı yaradırlar. Çünki inkişaf dayananda, ən istedadlı əməkdaşların motivasiyası da dayanır.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər