media-hakan-fidan-15122025

ABŞ və İran razılığa gəlməyə indiyədək olduğundan daha yaxındırlar.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Qətər və Pakistanın Vaşinqton və Tehran arasında dialoqu inkişaf etdirməyə yönəlmiş vasitəçilik səylərini dəstəkləyir.

“Hər iki tərəf müsbət nəticə əldə etməyə çalışır. Razılaşma əvvəlkindən daha yaxındır”, – deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.

Fidan qeyd edib ki, İran, ABŞ və İsrail arasında atəşkəs qüvvəyə mindikdən sonra danışıqların əsas mövzusu dünya neft ticarətinin ən vacib marşrutlarından biri olan Hörmüz boğazındakı vəziyyət olub.

Onun sözlərinə görə, tərəflər belə bir yanaşma üzərində razılaşıblar ki, İranın nüvə proqramı ilə bağlı müzakirələr boğazda tamhüquqlu gəmiçiliyin bərpası barədə razılıq əldə edildikdən sonra davam etdirilsin.

“Faktiki olaraq Hörmüz boğazının blokadası həm ABŞ-a, həm də İrana çox ciddi təzyiq göstərir”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, böhranın nəticələri yalnız enerji təhlükəsizliyinə deyil, həm də dünya qiymətlərinə, ərzaq təhlükəsizliyinə və iqtisadi artım tempinə təsir edir.

Fidanın fikrincə, hazırkı mərhələdə Hörmüz boğazı məsələsi nüvə problemindən daha prioritet xarakter daşıyır. Nazir həmçinin hesab edir ki, Vaşinqton və Tehran arasında düşmənçilik hərəkətlərinin dayandırılması barədə əldə olunacaq razılıq Qəzza zolağındakı vəziyyətin nizamlanması üzrə danışıqlara da müsbət təsir göstərə bilər.


media-adspc

Bənzər xəbərlər