media-17808951341554430260_1200x630

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

ERAmedia xəbər verir ki, bu barədə Filippin Milli Polisi məlumat yayıb.

Məlumata görə, Mindanao adasının şimal və mərkəzi hissələrində məktəblər, xəstəxanalar və yaşayış evləri daxil olmaqla 37 binaya ziyan dəyib. Hazırda zərərin qiymətləndirilməsi davam edir, polis qüvvələri isə əhaliyə yardım göstərmək üçün səfərbər olunub.

Filippin Prezidenti Ferdinand Markos kiçik Mindanaonun bir sıra bölgələrində məktəblərdə dərslərin dayandırılması barədə göstəriş verib. O, aidiyyəti qurumlara humanitar yardımın təşkili, təxliyə mərkəzlərinin fəaliyyətinin təmin edilməsi və bərpa işlərinin əlaqələndirilməsini tapşırıb.

Zəlzələ nəticəsində General Santos şəhərində bir neçə bina uçub, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.


media-adspc

Bənzər xəbərlər