Gənc kral 34 yaşında vəfat edib
Uqandadakı Toro krallığının ali hökmdarı IV Rukirabazaiya Oyo Nyimba Kabamba İguru Rukidi 34 yaşında vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
IV Oyo Rukidi dünyanın ən gənc hakim monarxı kimi tanınırdı və bu səbəbdən 2025-ci ildə “Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdi.
O, atasının ölümündən sonra 1995-ci ildə, 3.5 yaşında taxta çıxıb və Toro krallığının 13-cü monarxı olub. Kral yetkinlik yaşına çatana qədər regent vəzifəsini anası icra edib.
Kral Oyo təhsilini Böyük Britaniyada alıb, Vinçester Universitetində biznes idarəçiliyi üzrə təhsil görüb. Onun krallığında 2 milyondan çox sakinin yaşadığı bildirilir. Oyo, həmçinin BMT-nin səfiri olub, HİV/QİÇS-lə mübarizə və ekoloji layihələrdə fəaliyyət göstərib.
Monarxın ölümünün rəsmi səbəbi açıqlanmayıb. Bununla belə, Uqanda hökumətinin nümayəndələri onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini və ABŞ-də müalicə olunduğunu bildiriblər. Kral məhz ABŞ-də vəfat edib.
Subay olan kralın varisi qalıb. Uqanda Baş naziri Kelvin Akiiki bildirib ki, monarxın taxt-tac üçün varisi olan şahzadənin adı Toro krallığının adət-ənənələrinə uyğun olaraq daha sonra açıqlanacaq.









