İddia: Bu ölkənin rəhbərləri FSB-nin agentləri olub
Ötən həftə yayımını Ermənistandan aparan “Noyan Tapan” televiziyasının proqramlarından birinin qonağı olan tanlnmış ictimai-siyasi xadim, publisist və politoloq Arkadi Vartanyan sensasiyalı iddia səsləndirib.
ERAmedia xəbər verir ki, iyunun 7-də həmin ölkədə baş tutan parlament seçkilərinin nəticələri barədə şərh verən Arkadi Vartanyan təkzibedilməz faktlara əsaslandığını və hazırkı Baş nazir Nikol Paşinyanın Ermənistan müstəqilliyini elan edəndən bəri KQB və FSB ilə bağlılığı olmayan ilk rəhbər olduğunu buldirib: “Tam məsuliyyətlə bəyan edirəm ki, istər Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, istərsə də ondan sonra gələn Robert Koçaryan və Serj Sakisyan KQB, həmçinin onun bazasında təşkil edilmiş FSB-nin agentləri olub”.
Xatırladaq ki, 2021-ci ilin aprelindən Ermənistan Avropa Partiyası Siyasi Şurasının sədri olan Arkadi Vartanyan Human Rights Watch, Amnesty International və digər beynəlxalq təşkilatların 2000-ci il hesabatında siyasi məhbus kimi qeyd olunub.
2000-ci ildə oktyabrın 31-də Yerevanın Azadlıq Meydanında keçirilən 100.000 nəfərlik mitinqin əsas təşkilatçılarından olan Vartanyan 2012-ci ildə 10 il müddətinə həbs edilib. İnsan hüquq müdafiəçiləri bu həbsin “uydurma cinayət ittihamı əsasında baş tutmasını” iddia edir.
Ural Dəyirmançı









