media-hormuz

İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rzayi ölkəsinə qarşı aparıldığını bildirdiyi iqtisadi müharibənin davam edəcəyi təqdirdə Hörmüz boğazı və Fars körfəzindən neft ixracına icazə verilməyəcəyini bildirib.

ERAmedia xəbər verir ki, Möhsün Rzayi “X” sosial media platformasındakı hesabında İrana qarşı tətbiq olunan iqtisadi təzyiqlərlə bağlı açıqlama yayıb.

İqtisadi müharibənin davam edəcəyi təqdirdə regionda enerji daşımalarının dayandırılacağı mesajını verən Rzayi bildirib ki, “İqtisadi müharibə davam edərsə, Hörmüz boğazından və ya Fars körfəzinin hər hansı bir yerindən bir damla belə neft ixrac edilməyəcək”.

Rzayi ABŞ-ın İran xalqına qarşı iqtisadi müharibə apardığını iddia edərək, bu prosesə qoşulan və ya onu dəstəkləyən istənilən ölkənin mövqeyini “müharibə aktı” kimi qiymətləndirəcəklərini bildirib.

İranın həmin ölkələrə münasibətinin də bu qiymətləndirməyə uyğun formalaşacağını qeyd edən Rzayi iqtisadi təzyiqləri dəstəkləyən hökumətlərə qarşı cavab veriləcəyi mesajını çatdırıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər