İran qaçaq yanacaq daşıyan gəmini saxlayıb
İran 382 min litr yanacaq daşıyan gəmini saxlayıb.
ERAmedia bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.
Xuzistan əyalətinin Sərhəd Qoşunlarının rəisi Bəsrə körfəzinin şimal sularında 382 min litr qaçaq yanacaq daşıyan xarici yedək gəmisinin saxlanıldığını açıqlayıb.
Onun sözlərinə görə, gəminin göyərtəsində olan 11 xarici vətəndaş həbs edilib.
Müsadirə olunan yanacağın dəyəri 357 min dollardan çox qiymətləndirilir.










