İranda zərbələr nəticəsində toy yasa döndü - VİDEO
İranın cənubundakı Sirik şəhərində toy mərasiminə endirilən hava zərbəsi nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
ERAmedia “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini bildiribş
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ qüvvələri 1 sentyabrda İrandakı SEPAH hədəflərinə zərbələr endirməyə başlayıb. Vaşinqton bildirib ki, hədəflər arasında hərbi komandanlıq məntəqələri, raket buraxıcıları və pilotsuz uçuş aparatlarıdır. Əməliyyat SEPAH-ın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və bölgədəki ABŞ hərbi heyətinə hücum cəhdlərinə cavabdır.
Hücumlar İranın cənub sahillərinin bir neçə ərazisinə, o cümlədən Bəndər Abbas, Cask, Çabahar, Konarak, Minab, Sirik və Qeşm adasına zərbələr endirib. İran dövlət mediası əvvəllər bu ərazilərdə partlayışlar barədə məlumat vermişdi.










