media-al-jazeera_profile

İsrail hakimiyyəti Qətərin “Al Jazeera” və Livanın “Al Mayadeen” telekanallarının yayımının bloklanması barədə qərar qəbul edib.

ERAmedia-nın məlumatına görə, İsrailin rabitə naziri Şlomo Karhi “X” sosial media hesabında yaydığı bəyanatda bildirib ki, “bugündən etibarən “Al Jazeera” və “Al Mayadeen” İsraildə internet saytları, televiziya yayımları və YouTube platformasında bloklanacaq. Baş nazir Benyamin Netanyahu və hökumət “Al Jazeera” və “Al Mayadeen”in bloklanması ilə bağlı sərəncamı təsdiqləyib”.

Nazir qeyd edib ki, peyk yayımının dayandırılması ilə bağlı qərar müdafiə nazirinin səlahiyyətinə daxildir.

İsraildə nəşr olunan “Haaretz” qəzetinin məlumatına görə, bu qərar 90 gün müddətində qüvvədə olacaq və həmin müddət başa çatdıqdan sonra onun uzadılması tələb olunacaq.

Qəzet yazır ki, bu tədbirlər iki ildən artıq əvvəl qüvvəyə minmiş və “Al Jazeera haqqında qanun” kimi tanınan qanun çərçivəsində tətbiq edilən məhdudiyyətlərin genişləndirilməsidir. Həmin qanun İsrail ərazisində bu iki telekanalın yayımını qadağan edir.

Məlumatda, həmçinin qeyd olunur ki, ötən ay İsrail parlamenti rabitə nazirinə fövqəladə vəziyyət elan edilməsindən asılı olmayaraq xarici KİV-lərin fəaliyyətini dayandırmaq səlahiyyəti verən düzəlişi təsdiqləyib.

Vural


media-adspc

Bənzər xəbərlər