İstanbulun kosmosdan görüntüləri yayılıb - FOTO
Beynəlxalq Kosmik Stansiya (BKS) İstanbulun kosmosdan çəkilmiş fotolarını rəsmi sosial şəbəkə hesabında paylaşıb.
ERAmedia xəbər verir ki, kadrlarda şəhərin həm gecə, həm də gündüz mənzərələri yer alıb.
Görüntülərdə Avropa və Asiya qitələrini bir-birindən ayıran İstanbul Boğazı və İstanbul Hava Limanı aydın görünür.
Paylaşılanlar arasında şəhərin 2012, 2023 və 2025-ci illərdə çəkilmiş arxiv fotoları da var.
Astronavtların gözü ilə lentə alınan bu kadrlar İstanbulun kosmosdan çəkilmiş ən dəqiq və təsiredici görüntüləri sırasına daxil olub.











