media-dollar-829117321

ABŞ-ın Miçiqan ştatında istirahətdən evə qayıdan cütlük gözlənilmədən lotereyada 500 min dollar udub.

ERAmedia xəbər verir ki, bu barədə “United Press International” agentliyi məlumat yayıb.

64 yaşlı Genesi dairəsinin sakini Miçiqan Lotereyasının nümayəndələrinə bildirib ki, əvvəlcə lotereya bileti almaq fikrində olmayıb. O, evə qayıdarkən Stendiş şəhərindəki “Shell” yanacaqdoldurma məntəqəsində dayanıb. Növbədə qarşısında dayanan şəxsin bir neçə lotereya bileti aldığını görən kişi özü də bəxtini sınamaq qərarına gəlib.

O, özü üçün iki “Detroit Tigers” cızma bileti, həyat yoldaşı üçün isə iki “Cashword” bileti alıb.

Cütlük biletləri yalnız evə çatdıqdan sonra yoxlayıb. Kişi biletdə 500 min dollar uduş olduğunu görəndə əvvəlcə qaydaları səhv başa düşdüyünü düşünüb. Həyat yoldaşı ilə birlikdə bileti bir neçə dəfə yoxladıqdan sonra həqiqətən yarım milyon dollar qazandıqlarına inanıblar.

Qalibin sözlərinə görə, bu pul onların pensiya dövrü üçün yaxşı maliyyə təminatı olacaq. Cütlük qazancın bir hissəsini övladlarına verməyi də planlaşdırır.

“İnsan bütün həyatı boyu işləyir və pensiya üçün pul yığır. Bir gündə illər ərzində qazandığınız qədər pul əldə etmək inanılmaz hissdir”, – deyə qalib bildirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər