Kadırov 20 yaşlı oğluna hökumətdə yüksək vəzifə verdi
Çeçenistanın rəhbəri Ramzan Kadırov böyük oğlu, 20 yaşlı Əhməd Kadırovu respublika hökumətinin baş nazirinin müavini vəzifəsini icra edən şəxs təyin edib.
ERAmedia xəbər verir ki, bu barədə Kadırov özü “Telegram” kanalında məlumat verib.
Əhməd Kadırov Çeçenistanın baş nazirinin müavini vəzifəsini icra edəcəyi halda, may 2024-cü ildə tutduğu regional idman və gənclərlə işlər naziri vəzifəsini də saxlayacaq. Bundan əvvəl o, 2024-cü ilin fevral-may ayları arasında Çeçenistanın Gənclər İşləri Nazirliyinə rəhbərlik edib.
Ramzan Kadırovun ikinci oğlu Zelimxan 2024-cü ildə Çeçenistanın “Əhməd” döyüş klubuna və Çeçenistan Boks Federasiyasına rəhbərlik etməyə başlayıb. Üçüncü oğlu Adəm isə 2025-ci ildə respublikanın Təhlükəsizlik Şurasının katibi olub. “Proyekt”in hesablamalarına görə, Kadırova bağlı postlarda və ya vəzifələrdə ən azı 96 qohum çalışıb və ya işləyir, bunlardan 14 uşağından yeddisi bu sıradadır.
Son illərdə Kadirov haqqında KİV-lərdə və sosial şəbəkələrdə onun ciddi xəstəliyi ilə bağlı söz-söhbətlər dolaşır. “Novaya Qazeta Evropa” mənbələrinə istinadən yazıb ki, 2019-cu ildən Çeçenistan rəhbərinə pankreas nekrozu diaqnozu qoyulub. Kadırov isə sağlamlıq problemlərinin olduğunu təkzib edir.
Vural










