media-400642004

Avropada ekstremal temperaturlar artıq “yeni reallıq” hesab olunur. Bu barədə “The Financial Times” qəzeti Avropanın Yerin müşahidəsi üzrə “Copernicus” proqramının tədqiqatçılarının məlumatlarına istinadla xəbər verir. Avropanın əksər bölgələrində may ayında küləyin soyutma təsirini nəzərə alan indeks, yəni, “hiss olunan” temperatur 35–40°C-yə çatıb. Ötən ay artıq Avropa İttifaqı ölkələrində bir neçə milli rekordun qeydə alınması ilə yadda qalıb və 2024-cü ilin may ayından sonra müşahidələr tarixində ikinci ən isti may ayı olub.

ERAmedia xəbər verir ki, alimlərin fikrincə, bu yaz sərin havadan ekstremal istiyə sürətli keçid nə insanların, nə kənd təsərrüfatının, nə də ekosistemlərin uyğunlaşmasına imkan verib.

Avropa hələ də ən sürətli istiləşən qitə olaraq qalır. Bu isə qismən onun Arktikaya yaxınlığı ilə bağlıdır. Belə ki, buz və qar örtüyünün əriməsi nəticəsində Günəş şüalarını daha çox udan tünd səthlər açılır və bu da havanın əlavə istiləşməsinə səbəb olur. Alimlər, həmçinin xəbərdarlıq edirlər ki, Sakit okeanın tropik hissəsində qeydə alınan anomal yüksək temperatur iqlim böhranını daha da dərinləşdirərək dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin güclənməsinə gətirib çıxarır.


media-adspc

Bənzər xəbərlər