Konqoda Eboladan ölənlərin sayı 86-ya çatıb
Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ölənlərin sayı 86-ya çatıb.
ERAmedia xəbər verir ki, bu barədə Konqo Səhiyyə Nazirliyi bildirib.
Son 24 saat ərzində daha altı nəfər ölüb və bununla da təsdiqlənmiş Ebola yoluxma hallarının sayı 488-ə çatıb.
Nazirlik qeyd edir ki, Ebola virusunun yayılmasının qarşısını almaq üçün intensiv səylər davam etdirilir. Hakimiyyət orqanları hazırkı epidemiyanın episentri olan Konqonun İturi əyalətində tibbi təcrid müəssisələrini genişləndirir. Səhiyyə işçiləri və dəstək heyəti üçün əlavə qoruyucu vasitələr də çatdırılır.
Konqo Demokratik Respublikası və Uqanda hökumətləri Ebola epidemiyasını rəsmi olaraq mayın 15-də elan etdilər. Mütəxəssislər bunun 1976-cı ildə Ebola virusu aşkar edildikdən bəri ən böyük və ən təhlükəli epidemiyalardan biri olduğunu bildirirlər.










