Kreml Ermənistana qarşı mövqeyini sərtləşdirir
Kreml çərşənbə günü bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə ötən həftə keçirilən parlament seçkilərində hakimiyyətini qoruyub saxlayan Ermənistanın Baş naziri Nikol Paşinyan arasında potensial görüş barədə hələlik heç bir razılaşma əldə edilməyib.
ERAmedia TASS agentliyinə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada keçirilən mətbuat brifinqində jurnalistlərə verdiyi açıqlamada hazırda bu məsələ ilə bağlı “konkret razılaşma” olmadığını bildirib. O qeyd edib ki, Ermənistanda həftəsonu keçirilən parlament səsverməsinin rəsmi nəticələri hələ açıqlanmayıb.
Rusiyanın xarici işlər naziri isə qeyd edib ki, Ermənistan formal olaraq KTMT-nin tamhüquqlu üzvü olaraq qalır: “Ermənistan formal olaraq təşkilatın tamhüquqlu üzvü olaraq qalsa da, həqiqətən də bir daha KTMT tədbirlərində iştirak edə bilməyib”.
O əlavə edib ki, İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi lazımdır və bu məsələ aktualdır: “Ermənistan artıq Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ onsuz da aktualdır”.
Lavrov diqqətə çatdırıb ki, Ermənistan NATO ilə qarşılıqlı fəaliyyətini sistematik şəkildə artırır: “Fikrimcə, KTMT-də iştirak etməsə və iki ildən çoxdur formal üzv olaraq qalsa da, erməni həmkarlarımız tədbirlərdə iştirak etmirlər. Eyni zamanda, onlar NATO-nun üzv ölkələri ilə əməkdaşlığı fəal şəkildə genişləndirir, hərbi təlimlər keçirir, hərbi texnika alırlar. Bundan başqa, Ermənistan rəhbərliyi həm NATO, həm də indi hərbiləşdirilmiş bir quruma çevrilən Avropa İttifaqı ilə hərbi nümayəndə heyətləri səviyyəsində mübadilə aparır. KTMT ölkələri respublikanın iki ildir üzvlük haqqını ödəməməsi səbəbindən Ermənistana qarşı təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəliblər: “Ermənistan iki ildən çoxdur ki, KTMT büdcəsi üzrə borcludur. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində nəzərdə tutulan vəziyyətdir. Bu gün biz KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəldik”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib: “Bilirsiniz ki, bir çox seçici nəticələrə etiraz etməyi planlaşdırır, yenidən sayma olacaq və sairə. Beləliklə, bu, olduqca uzun və mürəkkəb bir prosesdir”.










