KTMT-dən çıxarılsaq, çox məmnun olaram - Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.
ERAmedia xəbər verir ki, Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını bildirib.
“Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi aktivləşdirməyi planlaşdırmırıq. Mən həmçinin bilirəm ki, KTMT-də Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı müzakirələr gedir. Əgər təşkilat Ermənistanı xaric etsə, çox məmnun olaram. Hər halda bu, bizi KTMT-dən çıxaq, yoxsa çıxmayaq dilemmasından azad edər”, – Paşinyan deyib.









