Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub
Kuba İnqilabçı Silahlı Qüvvələri Nazirliyi (MINFAR) Quantanamo hərbi dəniz bazasının sərhədində ABŞ Cənub Komandanlığının yüksək vəzifəli şəxsləri ilə qarşılıqlı razılaşma əsasında görüş keçirildiyi barədə bəyanat yayıb.
ERAmedia xarici mediaya istinadla xəbər verir ki, sərhəd təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə edildiyi görüşdə iki hərbi komandanlıq arasında əlaqənin davam etdirilməsinə dair razılıq əldə olunub.
Görüşdə Kubanı Baş Qərargah rəisi Roberto Leqra Sotolonqonun təmsil etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff də mayın 14-də Kubaya səfər edib və regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Kuba Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.









