Kurioz: O, Avropanı “ağlını başına yığmağa” çağırdı
ABŞ Prezidenti Donald Tramp TruthSocial sosial media platformasında paylaşdığı yazısında Rusiya və Çinin ABŞ-sız NATO-dan qorxmayacağına əminliyini dilə gətirib.
ERAmedia xəbər verir ki, Prezident yazısında fikrini belə əsaslandırır: “Rusiya və Çin ABŞ olmadan NATO-dan qorxmur və şübhə edirəm ki, həqiqətən ehtiyac duysaq, NATO köməyimizə gələcək”.
O, ABŞ Prezidenti kimi birinci müddətində Amerika ordusunu yenidən qurduğuna və bunu davam etdirdiyinə görə hər kəsin şanslı olduğunu bildirib. O, alyans ölkələrinin ABŞ-la olmasa belə, Vaşinqtonun həmişə NATO-nun yanında olacağını vurğulayıb.
Ural Dəyirmançı










