Maaş insanı işə gətirə bilər - ANALİZ
İnsanı tükəndirən hər zaman ağır iş olmur. Bəzən onu tükəndirən öyrətməyən mühit olur.
Maaş insanı işə gətirə bilər. Ancaq inkişaf hissi onu orada saxlayır.
Deloitte-un araşdırmalarına görə, güclü öyrənmə mədəniyyətinə sahib təşkilatlar:
• 52% daha məhsuldardır,
• 92% daha innovativdir,
• 17% daha yüksək gəlirlilik nümayiş etdirir.
Gallup-un son qlobal analizləri isə göstərir ki, təşkilatın mədəniyyəti ilə güclü bağlılıq hiss edən əməkdaşlar:
• 4,3 dəfə daha yüksək işə bağlılıq göstərir,
• 47% daha az iş axtarır,
• 62% daha az tükənmişlik (burnout) yaşayır.
Bu rəqəmlər bir həqiqəti təsdiqləyir:
Öyrətməyən mühit təkcə bilik kasadlığı yaratmır. O, zamanla vizyonu daraldır, arzuları kiçildir, təşəbbüsü zəiflədir və insanın potensialını səssiz şəkildə aşındırır.
Ən yaxşı iş.mühitləri yalnız nəticə tələb etmirlər. Onlar insanların düşüncə sərhədlərini genişləndirən, öyrənməyi gündəlik işin ayrılmaz hissəsinə çevirən mühit yaradırlar.
Çünki gələcəyin ən böyük rəqabət üstünlüyü texnologiya deyil.
Daha sürətli öyrənən insanlar və daha sürətli öyrənən təşkilatlardır.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









