Məşhur aktyorun ölümü ilə bağlı şok detal: Sevgilisi onu bu vəziyyətdə tapıb
İstanbulun Kağıthane rayonundakı evində özündən xəbər alınmayan aktyor Serhat Kılıç sevgilisi Özlem Esmergül tərəfindən qonaq otağındakı kresloda çılpaq vəziyyətdə ölü tapılıb.
ERAmedia xəbər verir ki, sentyabrın 5-də baş verən şübhəli ölümlə bağlı başladılan istintaq davam edərkən, Kılıçı bu vəziyyətdə tapan sevgilisinin polisə verdiyi ətraflı ifadə üzə çıxıb.
Hadisə günü sevgilisindən xəbər ala bilməyən Özlem Esmergül ehtiyat açarı ilə Nurtepe məhəlləsindəki mənzilə daxil olub. O, Serhat Kılıçı qonaq otağında çılpaq vəziyyətdə kresloda oturarkən görüb. Esmergül ifadəsində əvvəlcə onun yatdığını düşündüyünü, səslənərək qolundan tutub silkələdiyini, lakin bədəninin soyuq olduğunu və heç bir reaksiya vermədiyini bildirib. Daha sonra aktyorun bacısı Sinem Kılıça zəng edən Esmergül dərhal 112-yə müraciət edib.
Aktyorun ölümündən əvvəlki günlərdə ciddi ağrılar keçirdiyi və işində problemlər yaşadığı da sevgilisinin ifadəsində əksini tapıb.
Esmergülün sözlərinə görə, sentyabrın 3-də saat 11:00 radələrində Serhat Kılıçın çəkilişi olub. Lakin saat 11:45-də onun çəkilişə getmədiyini öyrənən Esmergül aktyora zəng edib. Kılıç boyun yırtığı səbəbindən özünü yaxşı hiss etmədiyini, ağrılarının olduğunu və çoxlu dərman qəbul etməsinə baxmayaraq ağrısının davam etdiyini deyib. O, meneceri ilə danışaraq çəkilişə niyə getmədiyini izah edəcəyini bildirib.
Həmin gün saat 16:00 radələrində Kılıç sevgilisinə ağlamağa yaxın səslə zəng edərək çəkilişdən uzaqlaşdırıldığını və buna görə çox üzgün olduğunu söyləyib. Ağrılarının keçmədiyini, əhvalının pis olduğunu və heç kimlə görüşmək istəmədiyini bildirərək telefon danışığını yekunlaşdırıb.
Esmergül isə onun tək qalaraq özünə gəlməsini istədiyi üçün üzərinə getmədiyini, bu müddətdə zəng və mesajlarla ona dəstək olmağa çalışdığını bildirib. Lakin Kılıç nə zənglərə, nə də mesajlara cavab verib. Esmergül aktyorun qəbul etdiyi dərmanların yuxululuğa səbəb olduğunu düşündüyü üçün onu çox narahat etmədiyini qeyd edib.
Sentyabrın 5-də saat 17:00 radələrində Kılıça yenidən zəng edən Esmergül onun telefonunun bağlı olduğunu görüb və narahat olaraq Nurtepe məhəlləsindəki evinə gedib.
Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları aktyorun vəfat etdiyini müəyyənləşdiriblər. Bundan sonra Esmergül Serhat Kılıçın səhhəti və istifadə etdiyi dərmanlarla bağlı da polisə məlumat verib.
Onun sözlərinə görə, Kılıçda yüksək təzyiq, qastrit və boyun yırtığı kimi xəstəliklər olub. Aktyor boyun yırtığı ilə bağlı yaşıl reseptlə verilən bir dərmandan, təzyiq dərmanından və gündə 7-8 ədəd qəbul etdiyi başqa bir həbdən istifadə edib. Esmergül onun hər hansı maddə və ya alkoqol asılılığının olmadığını bildirib.
Aktyorun ölüm səbəbi hələlik məlum deyil. Serhat Kılıçın cəsədi yarılma üçün Məhkəmə Tibb Müəssisəsinin morquna aparılıb. Ölümün dəqiq səbəbi aparılacaq ekspertizaların nəticəsindən sonra müəyyənləşəcək.
Digər tərəfdən, Serhat Kılıçın ölümündən əvvəlki son görüntüləri də yaşadığı binanın təhlükəsizlik kameralarına əks olunub. Görüntülərdə aktyorun evinə gəldiyi, divara söykənərək lift gözlədiyi, lift gəlmədikdən sonra isə pilləkənlərə yönəldiyi görünür
Vural










