Mirzə Fahrul yeni prezident seçildi
Banqladeş parlamenti Mirzə Fahrul İslam Alamgiri ölkənin yeni prezidenti seçib.
ERAmedia xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.
Banqladeş Milliyyətçi Partiyasından irəli sürülən namizəd səsvermə prosesində 255 səs qazanaraq dövlət başçısı postuna təsdiqlənib.
Onun əsas rəqibi olan Oli Əhməd isə 88 deputatın dəstəyini əldə edib.
İdarəetmə formasına görə parlament respublikası olan Banqladeşdə prezident məhz deputatlar tərəfindən müəyyənləşdirilir.










