media-whatsapp-image-2026-08-25-at-11-11-03

İranın dini lideri Ayətullah Əli Xamneyinin ölümündən sonra onun yerinə keçən və o vaxtdan bəri görüntülənməyən oğlu Müctəba Xamneyinin strateji nəzarətçi kimi iştirak etdiyi iclasın görüntüləri yayımlanıb.

ERAmedia xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücumlar zamanı bir sıra yüksək vəzifəli şəxslərlə yanaşı, ölkənin dini lideri Ayətullah Əli Xamneyi də hədəfə alınaraq öldürülüb.

Ölkədə böyük matəmə səbəb olan Xamneyinin ölümündən sonra onun yerinə oğlu Müctəba Xamneyi keçib.

Sözügedən hücumlar zamanı ağır yaralandığı iddia edilən və vəzifəyə gəldiyi gündən etibarən ictimaiyyət qarşısında görünməyən Müctəba Xamneyinin öldüyü barədə də iddialar yayılmışdı.

İranın yarı-rəsmi Fars Xəbər Agentliyi ölkənin Ali Lideri Ayətullah Seyyid Müctəba Xamneyinin strateji nəzarətçi kimi iştirak etdiyi iclasdan görüntülər yayıb.

Yayılan kadrlarda Müctəba Xamneyinin sözügedən iclasda strateji nəzarətçi statusunda iştirak etdiyi görünür.

Görüntülərin hansı tarixdə və hansı məqsədlə keçirilən toplantıya aid olduğu barədə isə əlavə məlumat verilməyib.


media-adspc

Bənzər xəbərlər