Nigeriya ordusu 360 girovu azad edib
Nigeriya ordusu ölkənin şimal-şərqində yerləşən Borno ştatında terrorçu “Boko Haram” qruplaşması tərəfindən oğurlanmış 360 nəfərin azad edildiyini açıqlayıb.
ERAmedia xəbər verir ki, məlumatı “Associated Press” agentliyi yayıb.
Əməliyyat silahlıların əsas dayaq məntəqələrindən biri hesab olunan Mandara dağlarında keçirilib. Azad edilənlər arasında Borno ştatının müxtəlif yaşayış məntəqələrindən qaçırılmış qadınlar və uşaqlar da var.
Ordunun nümayəndəsi Haruna Sani bildirib ki, əsirlikdə saxlanılan iki körpə ağır şərait və uzunmüddətli əsarətin yaratdığı tükənmə səbəbindən həyatını itirib.
Digər girovlar isə tibbi yardım və humanitar dəstək göstərilməsi üçün təhlükəsiz ərazilərə təxliyə olunublar.









